Maliyyə kateqoriyası yaratmaq
Clopos sistemində maliyyə kateqoriyası yaratmaq üçün arxa paneldə Maliyyə → Kateqoriyalar bölməsinə daxil oluruq. Daxil olduğumuz səhifədə yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klik edirik.
Daha sonra açılan səhifədə tələb olunan məlumatları qeyd edib saxla düyməsinə klik edirik.
- Ad - Yeni yaradılacaq kateqoriyanın adını qeyd edirik.
- Növ - Maliyyənin hərəkət növünü qeyd edirik (mədaxil, məxaric və ya hər ikisini seçə bilərsiniz)
- Üst kateqoriya - bu bölümdə isə, sistemdə olan hər hansı kateqoriya daxilində görmək istədiyinizi qeyd edə bilərsiniz. Seçilmədikdə müstəqil olaraq sərbəst kateqoriya kimi yaradılacaq.
Yeniləndi: 09/10/2025
Təşəkkürlər!