Məqalələr: Azərbaycan dilində

Toplu əməliyyat

Bir sıra bölmələr var ki, bu bölmələrdə bir-bir ediləcək əməliyyatları toplu şəkildə edə bilərsiniz. Bu prossesi həyata keçirmək üçün Menyu→Məhsullar bölməsində toplu seçim hissəsinə daxil oluruq.



Daxil olduğumuz bölmədə DəyişSilmək əmrləri ilə qarşılaşacağıq. Toplu şəkildə dəyişiklik etmək üçün dəyiş, silmək üçün isə silmək əmrini seçmək lazımdır. Silmək əmri məhsulların toplu şəkildə silinməsini təmin edir.




Dəyişmək əmri seçildikdə məhsul üzrə müxtəlif əməliyyatlarda dəyişiklik etmək mümkündür.


Bu zaman iki seçim qarşınıza çıxacaq:


Toplu əməliyyat – Sağ tərəfdən açılan pəncərədə göstərilən məlumatları eyni anda dəyişdirə bilərsiniz.


Etiketlər – Seçilmiş məhsullara istədiyiniz etiketi əlavə etmək mümkündür.


💡 Qeyd edək ki, filial seçildiyi zaman toplu əməliyyat vasitəsilə yalnız həmin filial üçün qeyri-aktiv/aktiv vəziyyəti dəyişmək mümkündür. Çünki filial üzrə toplu əməliyyat funksiyası mövcud deyil; yalnız mövcud olan qeyri-aktiv və aktiv vəziyyətləri idarə etmək mümkündür.




Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 09/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!